AZ

​Lübnanda itkilər artır: ölənlərin sayı 1238-ə çatdı

Livan Səhiyyə Nazirliyi İsrailin hücumları nəticəsində ölən və yaralananların sayına dair yeni məlumat açıqlayıb.Metbuat.az xəbər verir ki, qurumun bildirdiyinə görə, martın 2-dən etibarən İsrail ordusunun Livan ərazisinə endirdiyi zərbələr nəticəsində həyatını itirənlərin sayı son 24 saatda 49 nəfər artaraq 1238-ə çatıb. Yaralıların sayı isə 3543 nəfərə yüksəlib. Məlumatda qeyd olunur ki, ölənlər arasında 124 uşaq və 87 qadın var.Nazirliyin açıqlamasına əsasən, hücumlar nəticəsində səhiyyə sektoru da ciddi itkilər verib. Belə ki, 52 tibb işçisi həyatını itirib, 127 səhiyyə əməkdaşı isə yaralanıb.

Bildirilib ki, İsrail ordusu Livan ərazisinə hücumlarını davam etdirir və bölgədə humanitar vəziyyət getdikcə ağırlaşır.

Seçilən
31
1
metbuat.az

2Mənbələr