Vatikanın “Palm Sunday” mərasimində səslənən mesajı dünya gündəminə damğa vurub. Roma Papası XIV Leo çıxışında müharibəni alovlandıran liderlərə sərt sözlərlə yüklənərək, zorakılığı din adı ilə əsaslandırmağa çalışanlara açıq mesaj verib.
“Yeni Sabah"xarici mediaya istinadən xəbər verir ki, pontifik qan tökülməsinə səbəb olan rəhbərlərin dualarının Tanrı qatında qəbul olunmadığını bildirib. O, İsa Məsihin heç vaxt zorakılığın bəraəti kimi təqdim edilə bilməyəcəyini xüsusi vurğulayıb.
Papa XIV Leo hazırda davam edən İranla bağlı müharibəni də “dəhşətli” adlandıraraq, dünyada zorakılığın getdikcə dərinləşməsindən ciddi narahatlıq keçirdiyini deyib.
Əsmətxanım Rzazadə
Çıxışında beynəlxalq ictimaiyyətə də çağırış edən Roma Papası münaqişələrin dini motivlərlə izah olunmasının və bu şəkildə haqq qazandırılmasının qəbuledilməz olduğunu bəyan edib. Onun sözlərinə görə, dünya indi hər zamankından daha çox sülhə və sağlam çağırışlara ehtiyac duyur.
Telegram kanalımız