AZ

İlk Nərə nin Maska sı açıldı Video

ain.az, Axsham.az portalına istinadən məlumat yayır.

İctimai TV-nin məşhur "Maska" şousunun ilk bölümü yayımlanıb. 

Axşam.az xəbər verir ki, ilk buraxılışda birinci qarşıdurmada  "Pişik" və "Dəniz" obrazı yarışıb. 

Səsvermə zamanı münsiflərdən çox hissəsi "Pişik" obrazını canlandıran iştirakçının qalmasını istəyib. Tamaşaçıların istəyi ilə ən çox səs "Pişik" toplayıb.  

İkinci qarşıdurma "Nərə" və "Dönər" arasında olub. Auditoriyadakıların səsverməsində isə maskasının açılması istənilən obraz "Nərə" olub. "Dönər" növbəti mərhələyə keçib. 

Üçüncü qarşıdurmada isə "Səməni" və "Yadplanetli" obrazı yarışıb. Bu qarşıdurmada isə auditoriya "Yadplanetli"nin növbəti mərhələyə keçməsini istəyib. 

Münsiflər və tamaşaçılar sona qalan "Dəniz", "Nərə" və "Səməni" obrazı arasından "Səməni" və "Dəniz"i növbəti mərhələyə keçirib.

"Nərə" yarışmanı tərk edib. Obrazı canlandıran məşhur isə müğənni Azad Şabanov olub. 

Qeyd edək ki, münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, aparıcı Kamilə Babayeva, müğənnilər Nigar Camal və Murad Arif əyləşib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
axsam.az

5Mənbələr