"Paltarlarım təmiz və ütülü olmaldır. Yeməkdə kaprizli deyiləm. Səhər yeməyini özüm hazırlayıram. Günorta ya evdə, ya çöldə yeyərəm. Az miqdarda yeyirəm".
Milli.Az xəbər verir ki, bu sözləri müğənni Zamiq Hüseynov "Qonaqcanlı" verilişində deyib. Sənətçi xanımından tələblərini sadalayıb.
Zamiq formada qalmaq üçün hər gün idman etdiyini və sağlam qidalandığını bildirib:
"Çox sağlam həyat tərzi yaşayıram. Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman etməliyəm. Bir gün qaçaram, bir gün zalda idman, bir gün gəzinti edərəm. İdman həyat tərzimdir. Ən vacib yeməkdir. Uzun illərdir sağlam qidalanıram. Sənətçinin borcudur formada olsun. Xaricdə görürsünüz ifaçılar necə özünə baxır. Belə danışanda bəzilərinin xətrinə dəyir, zəng vururlar ki, niyə belə deyirsən? Cavab verirəm ki, diqqət edin. Efirdə qəşəng görünün. Əvvəl idi kök müğənni olmaq, indi yox".
Qeyd edək ki, Aydan adlı xanımla ailəli olan Zamiqin Zeyn adlı övladı var. (Axşam.az)
Milli.Az