AZ

Aysun Məmmədova Poznanda himnimizi səsləndirdi

Polşanın Poznan şəhərində gənclər arasında keçirilən cüdo üzrə Avropa Kuboku Azərbaycan yığması üçün uğurla başa çatıb. Yarışın son günündə milli komandamızın üzvü bütün rəqiblərini üstələyərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

"Football-plus.az" xəbər verir ki, 52 kq çəki dərəcəsində mübarizə aparan Aysun Məmmədova turnir boyunca inamlı çıxış nümayiş etdirib.

Cüdoçumuz finala gedən yolda Polşa təmsilçisi Nina Potok, Böyük Britaniyalı Lola Hodson və isveçli Sofia Kordovanı məğlub edərək mübarizədən kənarlaşdırıb.

Seçilən
5
2
football-plus.az

3Mənbələr