AZ

Tudor İngiltərə Premyer Liqasının rekordçular siyahısına düşdü

Xorvatiyalı mütəxəssis İqor Tudor “Tottenhem”dən nəticələrin qənaətbəxş olmaması səbəbindən istefaya göndərildikdən sonra, İngiltərə Premyer Liqası klublarında ən qısa müddət işləyən məşqçilər siyahısına daxil olub.

90deqiqe.Az-ın "BBC"ə istinadən məlumatına görə, Tudor 44 günlə dördüncü sırada yer alıb.

Rekord “Lids”də 2023-cü ildə yalnız 30 gün çalışan Sem Ellardaysa aiddir. Anqe Postekoqlu 2025-ci ildə “Nottingham”ı 39 gün çalışdırıb, “Çarlton”dan Les Rid isə 2006-cı ildə 40 gün vəzifədə olub. Tudoru Xavi Qrasiya (“Lids”, 2023, 69 gün) və Frank de Bur (“Kristal Pelas”, 2017, 77 gün) izləyir.

İngiltərənin – bəlkə də bütün dünyanın – ən qısa məşqçilik rekorduna isə “Çelsi”nin hazırkı baş məşqçisi Liam Rosenyorun atası Leroy Rosenyor sahibdir. 2007-ci ildə Leroy “Torqi Yunayted”in başında yalnız 10 dəqiqə çalışmışdı; bu, klubun sahibi dəyişdikdən sonra baş vermişdi.

Seçilən
14
90deqiqe.az

1Mənbələr