AZ

Ekitike: “Mbappe mənə azad oynamağı tapşırdı, mən də həzz aldım”

Fransa futbol millisinin hücumçu Uqo Ekitike Kilian Mbappe ilə meydandakı uyğunluğu və aralarındakı münasibət barədə maraqlı açıqlamalar verib.

İdman.Biz xəbər verir ki, PSJ-də birlikdə çıxış etdikləri dövrü xatırlayan gənc forvard ulduz futbolçunun ona verdiyi məsləhətlərdən danışıb.

Ekitike Mbappe ilə oyun zamanı böyük zövq aldığını vurğulayıb:

“Biz Kilianla meydanda bir-birimizi həqiqətən çox yaxşı başa düşürük. O, mənə meydanda tamamilə azad oynamağı tapşırmışdı və mən bu oyundan çox böyük həzz aldım. PSJ-də birlikdə çox vaxt keçirmişik və bu, oyunumuza da müsbət təsir edir”.

Qeyd edək ki, Üqo Ekitike PSJ-dən ayrıldıqdan sonra Almaniyanın “Ayntraxt Frankfurt” klubuna, ordan isə İngiltərənin “Liverpul” komandasına transfer olunub.

İdman.Biz
Seçilən
14
1
idman.biz

2Mənbələr