AZ

Misirin keçmiş XİN başçısı Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçildi

Misirin keçmiş xarici işlər naziri Nabil Fahmi Ərəb Dövlətləri Liqasının yeni baş katibi seçilib.

Bizim.Media xəbər verir ki, Al Arabiya-nın yüksək səviyyəli diplomatik mənbələrə istinadən verdiyi məlumata görə, o, hazırkı baş katib Əhməd Əbül-Qeyti əvəz edəcək.
 

Mənbələrin bildirdiyinə görə, Fahminin namizədliyi ərəb ölkələrinin xarici işlər nazirlərinin 165-ci sessiyasında üzv dövlətlərin konsensusu ilə təsdiqlənib.


O, iyulun 1-dən rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

Nabil Fahmi ərəb dünyasının ən görkəmli diplomatlarından biri hesab olunur.

Onun beynəlxalq münasibətlər sahəsində onillikləri əhatə edən karyerası var.

1951-ci ildə anadan olan Fahmi Misirin mərhum xarici işlər naziri İsmayıl Fahminin oğludur.
 

O, 30 iyun 2013-cü ildən 2014-cü ilin iyununa qədər, üsyandan sonrakı kritik mərhələdə Misirin xarici işlər naziri vəzifəsində çalışıb.



Həmin dövrdə ölkəsinin siyasi kursunu beynəlxalq səviyyədə izah etməyə və regiondakı rolunu bərpa etməyə yönəlmiş diplomatik səylərə rəhbərlik edib.

Fahmi 1999–2008-ci illərdə Misirin ABŞ-dakı səfiri olub.

O, eyni zamanda Yaponiyada səfir vəzifəsində çalışıb, həmçinin BMT-nin tərksilah məsələləri üzrə bir sıra komitələrində Misiri təmsil edib.

Bizim.Media

Seçilən
29
bizim.media

1Mənbələr