Xəbər verdiyimiz kimi, Xalq artisti Rasim Balayev dünyasını dəyişib.
Sənət adamları aktyorla bağlı paylaşım edib.
Xalq artisti Afaq Bəşirqızı R.Balayevlə bağlı “Bu gün Azərbaycan incəsənəti böyük bir sənətkarını itirdi, mən isə əziz dostumu... Rasim Balayev aramızdan getsə də, onun ruhu yaratdığı obrazlarda əbədi yaşayacaq. Allah rəhmət eləsin” paylaşımını edib.
Xalq artisti Aygün Kazımova üzüntüsünü “Çox ağır itki… Böyük sənətkarımız, Xalq artisti Rasim Balayevi itirdik! Allah rəhmət eləsin! Allah ailəsinə və sevənlərinə səbr versin!” sözləri ilə ifadə edib.