AZ

“Əlimizdən gələni edəcəyik ki, xalqımızı sevindirək” – Millimizin üzvü

Azərbaycan milli komandası “FIFA Series – 2026”  çərçivəsində martın 30-da Syerra Leone yığması ilə üz-üzə gələcək.

Msport.az xəbər verir ki, yığmamızın üzvü Qismət Alıyev mətbuat konfransında qarşıdakı matçdan danışıb:

“Sabah millimiz üçün növbəti önəmli sınaq olacaq. Belə yoldaşlıq görüşlərinin keçirilməsi UEFA Millətlər Liqası üçün çox vacibdir. Bildiyiniz kimi, komandada qələbəsizlik seriyası var idi, lakin son oyunda inamlı çıxış edərək bu tilsimi qırmağı bacardıq. Sabahkı matçda da meydanda əlimizdən gələni etməyə çalışacağıq ki, xalqımızı növbəti qələbə ilə sevindirək”.

Qeyd edək ki, Azərbaycan millisi martın 27-də Sent Lüsiya seçməsini 6:1 hesabı ilə məğlub edib.

Seçilən
14
50
msport.az

10Mənbələr