Portuqaliyanın U-21 yığma komandasının üzvü Joau Simoeş UEFA AVRO-2027-nin seçmə mərhələsinin B qrupunun 6-cı turunda Bakıda Azərbaycan üzərində qazanılan 4:0 hesablı qələbəni şərh edib.
Sportal.az “Record”a istinadən xəbər verir ki, “Sportinq”in futbolçusu paytaxtımızdakı qalibiyyət haqda bunları deyib:
"İlk hissədə rəqibimizi həqiqətən də yorduq. Çoxlu qol imkanları yaratdıq, amma təəssüf ki, bunlardan istifadə edə bilmədik. İkinci hissədə ritmimizi qoruduq, səbr göstərdik, israrlı olduq və qol vuruldu, bundan sonra hər şey asanlaşdı. Oyuna sakit və inamla yanaşdıq, Allaha şükür ki, dörd qol vura bildik. Vurduğum qola gəldikdə isə, qarşımda boşluq var idi, vura biləcəyimi gördüm, ona görə də zərbə endirdim və Allaha şükür qol vurmağı bacardım. Çox xoşbəxtəm; bu, şübhəsiz ki, böyük qürur mənbəyidir. Bu, uzun müddətdir ki, üzərində çalışdığım bir məqsəddir və mən xoşbəxtəm və çox qürur duyuram".
saytlarin hazirlanmasi