AZ

Yamalla bağlı maraqlı iddia

“Barselona”nın keçmiş oyunçusu və məşqçisi Karles Reksaç bildirib ki, Lionel Messi, Neymar və Luis Suaresin dövründə Lamin Yamalın özünü sübut etməsi çətin olardı.

Publika.az xəbər verir ki, Reksaç TV3-də deyib: “Barselona” çətin maliyyə vəziyyətindən yararlana bildi. Oyunçu transfer edə bilmədiyiniz zaman ehtiyat oyunçular üçün akademiyaya müraciət etməlisiniz. Təsəvvür edin ki, Lamin o vaxtlar – Messi, Neymar və Suares olanda meydana çıxsaydı necə olardı. Ona heç şans da verilməzdi. Həyat tələb edir, qatar keçəndə onun üstünə tullanmaq lazımdır. Onlar (akademiya yetirmələri) düzgün anda peyda oldular və bu, işə yaradı”.

Seçilən
23
publika.az

1Mənbələr