AZ

"Heyf o günlərimizdən..." - Hacı İsmayılovdan Rasim Balayev açıqlaması

"Rasim Balayev Azərbaycan mədəniyyətinin, ictimaiyyətinin ən görkəmli simalarından biri idi. Onu hələ kinostudiyada işləyəndə tanıyırdım. Amma onunla dostluğumuz görkəmli rejissor Rasim Ocaqovun "Həm ziyarət, həm ticarət" filminin çəkilişləri zamanı yaranmışdı. Ona qədər isə nə Həsən Məmmədovla, nə də Rasimlə birgə filmə çəkilmişdik". Bunu Musavat.com-a açıqlamasında Xalq artisti Hacı İsmayılov bu gün Türkiyədə müalicə aldığı xəstəxanada keçinən xalq artisti Rasim Balayevlə bağlı xatirəsini danışarkən deyib.

O bildirib ki, bu film onların dostluq körpüsü olub: "Mən düşünürdüm ki, görəsən, bu iki nəhəng aktyor mənim oyunumu bəyənəcəklərmi. Ancaq Rasim Ocaqov elə bir şırait yaratdı ki, hər kəs yüksək səviyyədə öz rolunu oynadı. Biz film çəkilişləri zamanı Rasim Balayevlə dostlaşdıq, yaxın adamlar olduq. Mən onun Azərbaycanda sevildiyini bilirdim, ancaq Türkiyədə də sevildiyinin şahidi oldum. O, gözəl və təkrar olunmayan aktyor idi. 

Bizim çəkilişlər saat 11-də başlayırdı və saat 2-də bitirdi. Günün ikinci yarısını boş olurduq. Biz də Rasimlə bundan istifadə edib, gedib İstanbulu gəzirdik. Ən çox da Bəyoğlundakı Örtülübazara getməyi xoşlayırdıq. Orada yeməkxanada yemək yeyirdik, söhbət edirdik və sonra da gecə hotellərimizə qayıdırdıq. Biz onunla orada doğmalaşdıq, elə dost olduq ki". 

Aktyor bildirib ki, bu dostluq sonralar da davam edib: "Rasimlə həmişə telefonla danışırdıq. Tədbirlərdə qoluma girirdi, gedirdik. Onun ayağında problem var idi, çətin yeriyirdi, mən də kömək edirdim. Heyif o günlərimizdən. Mən qardaşımı, dostumu itirdim, heyif ondan. Onun şəxsiyyəti, insanlığı həmişə qəlbimdə yaşayacaq". 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
12
olaylar.az

10Mənbələr