AZ

Bakıda avtomobil yandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi, Ə.Vahid küçəsində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu Barədə FHN-in mətbuat xidməti məlumat yayıb.Məlumat əsasında dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub və yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində "Hyundai" markalı minik avtomobilinin salon və mühərrik hissəsi, yaxınlıqda dayanmış "BMW" markalı avtomobilin isə arxa hissəsi qismən yanıb. Avtomobillərin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından qorunub.

Seçilən
21
19
news365.az

10Mənbələr