Cənubi Afrika Beynəlxalq Münasibətlər İnstitutunun (SAIIA) Afrika İdarəetmə və Diplomatiya Proqramının rəhbəri, Afrika-Rusiya münasibətləri üzrə mütəxəssis Stiven Qruzd Cənubi Afrikada qaçırılıb.
Daha sonra bir qrup cinayətkar tərəfindən qətlə yetirilib.
“Cebheinfo.az” xəbər verir ki, institut bu barədə açıqlamasında bildirib:
"SAIIA-nın Afrika İdarəetmə və Diplomatiya Proqramının rəhbəri Stiven Qruzdun vaxtsız vəfatını dərin kədər hissi ilə bildiririk".
Yerli “News24” nəşrinin məlumatına görə, tədqiqatçının itkin düşməsi cümə günü bildirilib. O, Yohannesburq məhəlləsində qaçırılıb. Polis şənbə gecəsi Jeppestown ərazisində şübhəli oğruların avtomobilini saxlayıb. Beş şübhəli saxlanılıb, onlardan biri qətl barədə hüquq-mühafizə orqanlarına məlumat verib və onlara cəsədin yerini göstərib.