İspaniya nəhəngi "Real Madrid" yay transfer pəncərəsi üçün hədəflərini böyüdür.

Offsideplus.az xəbər verir ki, "Kral Klubu" "Çelsi"nin ulduz futbolçusu Koul Palmerin transferini ciddi şəkildə nəzərdən keçirir.

​"Real Madrid" rəhbərliyi artıq Koul Palmerin agenti ilə birbaşa əlaqəyə keçib. İngiltərəli istedadın "Çelsi"dəki mövcud vəziyyətindən narazı olduğu və bu yay klubu tərk etməkdə qərarlı olduğu bildirilir.

​Lakin bu transfer "Real Madrid" üçün heç də ucuz başa gəlməyəcək. "Çelsi" rəhbərliyi öz ulduzunu asanlıqla buraxmaq niyyətində deyil:

​Tələb olunan məbləğ: London təmsilçisi Palmer üçün təxminən 172.5 milyon avro (150 milyon funt-sterlinq) tələb edir.

​Oyunçunun istəyi: Palmerin karyerasını daha iddialı bir klubda davam etdirmək istəyi transfer ehtimalını gücləndirir.