AZ

Kişilərin diqqətinə: Bu qidalar ata olmağınıza mane olur

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Erasmus Universiteti Tibb Mərkəzinin alimləri hamiləliklə bağlı maraqlı araşdırma aparıblar. "Human Reproduction" jurnalında dərc olunan nəticələrə görə, kişinin qeyri-sağlam qidalanması hamiləliyin baş tutma müddətini birbaşa ləngidir.Demokrat.az xəbər verir ki, ananın rasionundakı "fast-fud" isə daha çox bətndəki embrionun inkişafına təsir göstərir.Tədqiqat çərçivəsində 831 qadın və 651 kişinin qidalanma vərdişləri analiz edilib. Alimlər çips, qazlı içkilər, hazır qablaşdırılmış qidalar və dondurulmuş məhsulların rasiondakı payını hesablayıblar. Məlum olub ki, qadınlarda bu növ qidaların çoxluğu hamiləlik müddətinə təsir etməsə də, embrionun ölçülərinin kiçik qalmasına səbəb olur. Hamiləliyin yeddinci həftəsində aparılan ölçmələr dölü qidalandıran sarılıq kisəsinin inkişafında ləngimələr üzə çıxarıb.Kişilərdə isə mənzərə tam fərqlidir. Ultra-işlənmiş məhsulların çox istehlakı birbaşa fertilliyin aşağı düşməsi ilə nəticələnib. Belə kişilərin olduğu cütlüklərdə hamiləliyin baş tutması üçün daha çox vaxt tələb olunub. Alimlər bunu sperma keyfiyyətinin qidalanmaya qarşı həssaslığı ilə izah edirlər. Bu tip qidalardakı həddindən artıq şəkər, duz və yağlar hormonal balansa mənfi təsir edərək oksidləşdirici stressi artırır.Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
2
demokrat.az

3Mənbələr