AZ

Binəqədidəki güclü yanğın söndürüldü

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən tam söndürülüb.

FHN-dən Metbuat.az-a verilən xəbərə görə, yanğın nəticəsində bir dam altında tikilmiş, ümumi sahəsi 3100kv.m. olan anbarın yanar konstruksiyaları 600kv.m. sahədə yanıb.

Anbarın böyük hissəsi və bitişik yerləşən digər tikililər yanğından mühafizə olunub.

12:33

Bakı şəhəri, Binəqədi rayonunda yerləşən anbarda yanğın başlayıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Metbuat.az-a verilən məlumata görə, əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
49
25
metbuat.az

10Mənbələr