Müğənni Vüqar Muradovun səsyazma studiyasını su basıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı sənətçi video paylaşıb. O bidirib ki, bir neçə gündür yağan aramsız yağış ona da böyük ziyan vurub:
“Studiyam tamam yararsız hala düşüb. Bütün səs aparatları, mebel məhv olub. Fövqəladə Hallar Nazirliyinə zəng etdim, yardıma gələn olmadı”./Axşam.az