AZ

Türkiyə və Yaxın Şərq ölkələri ABŞ-İran danışıqları üçün tədbirlər HAZIRLAYIR

Ankara ABŞ-İran danışıqlarının konkret tarixi və yerinin tezliklə açıqlanacağını gözləyir.

Redaktor.az bu barədə Türkiyə diplomatik mənbəyinə istinadən məlumat yayıb.

"Türkiyə tərəfi ABŞ və İranın danışıqları bərpa etmək barədə razılığa gələcəyi təqdirdə, bu danışıqların tarixi və yeri ilə bağlı konkret məlumatların yaxın gələcəkdə açıqlanacağını gözləyir", - deyə o bildirib.

Agentliyin mənbəsi qeyd edib ki, Türkiyə Yaxın Şərq ölkələri ilə birlikdə danışıqlar prosesinin davamlılığını təmin etmək üçün tədbirlər hazırlayır.

O əlavə edib ki, dialoqun davam etdirilməsinə və onun qeyri-sabitliyinin qarşısının alınmasına imkan verəcək şəraitin əvvəlcədən yaradılması vacibdir.

Aminə ŞAHSUVARQIZI

Seçilən
24
redaktor.az

1Mənbələr