AZ

“Beşiktaş” braziliyalı ilə danışıqlar aparır

Braziliyanın A Seriyası təmsilçisi “San-Paulu”nun futbolçusu Ferreyirinyanın gələcəyi ilə bağlı transfer iddiaları gündəmə gəlib.

Apasport.az xəbər verir ki, 28 yaşlı cinah oyunçusu ilə “Beşiktaş” yaxından maraqlanır.

Bu barədə yerli mətbuat məlumat yayıb.

“San-Paulu” rəhbərliyi futbolçunun mümkün transferinə müsbət yanaşır və gələcək təkliflərə ciddi maneə yaratmaq niyyətində deyil.

Tərəflər arasında razılıq əldə olunacağı halda, transferin yay transfer pəncərəsində reallaşması gözlənilir.

Qeyd edək ki, Ferreyirinya bu mövsüm 12 rəsmi oyunda meydana çıxsa da, qol və ya məhsuldar ötürmə ilə yadda qalmayıb.

Türkiyə millisinin oyunu ingilislərə həvalə olunub

Belçika ABŞ-ni darmadağın edib

Vinisius millinin məşqinə QATILMADI

Luçeskudan yeni rekord

“Roma”nın futbolçusu A Seriyasında klubunu dəyişə bilər

Seçilən
10
1
apasport.az

2Mənbələr