AZ

Azərbaycan millisinin üzvü: "Növbəti rəqibimizi də məğlub etməliyik"

Azərbaycan milli komandasının yarımmüdafiəçisi Abdula Xaybulayev “FIFA Series” turnirində Sent-Lüsiyaya qarşı 6:1 hesablı qələbəni şərh edib.

Sportal.az saytına açıqlama verən 24 yaşlı futbolçu qalibiyyətin asan alındığını bildirib:

"Asan oyun oldu. Qələbə qazanmağımız yaxşı oldu. İkinci hissədə, mən artıq meydanda olduğum zaman yağış daha da şiddətləndi. Meydanda da çox su var idi. Demək olar ki, bütün oyunçulara oynamaq üçün 45 dəqiqə vaxt verildi. Bu da matçın müsbət tərəfi idi. Növbəti rəqibimizi də məğlub etməliyik, baxmayaraq ki, Syerra-Leone daha güclü komandadır. Amma rəqib kim olursa-olsun, onlara hörmət etməliyik. Bu təlim-məşq toplanışı davam etdiyi üçün Millətlər Liqasına yaxşı hazırlaşmalı və mümkün qədər çox qələbə qazanmalıyıq".

saytlarin hazirlanmasi

Seçilən
12
1
sportal.az

1Mənbələr