AZ

ABŞ-nin "B planı" yoxdur, Tramp İrana uduzacaq - KİV

"ABŞ prezidenti Donald Tramp İranın hava hücumlarına qarşı müqavimət gücünü səhv qiymətləndirdiyinə görə qalib gələ bilməyəcəyi bir müharibəyə başlayıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Britaniyanın "Sky News" kanalının beynəlxalq məsələlər üzrə redaktoru Dominik Vaqorn bildirib.

"Həftələrlə davam edən bombalamaların insanlara nələr gətirə biləcəyini gördüm. Əgər adi bir iranlısınızsa, qonşuluğunuzdakı binanın Tel-Əvivin, yoxsa Vaşinqtonun hədəf siyahısında olub-olmadığını bilə bilməzsiniz və bu, dəhşətlidir", - deyə ekspert vurğulayıb.

Vaqorna görə, ABŞ müqavimət mədəniyyətinin tarixən fars mədəniyyətinin mərkəzində olması faktını lazımınca qiymətləndirməyib.

Əli Hüseynov

Seçilən
17
1
bakivaxti.az

2Mənbələr