AZ

Mahirlə Nərimandan qol xəbəri alacağıqmı?

ain.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Bilindiyi kimi, yığmanın baş məşqçisi Ayxan Abbasov legioner həyatı yaşayan hücumçuları - Mahir Emreliylə Nəriman Axundzadəni Sent Lüsiya və Syerra-Leone ilə oyunlara çağırmadı. Düzdü, yığma dünən keçirdiyi ilk matçda qoldan korluq çəkmədi. Komandamız Sent Lüsiya ilə oyunda tarixinin ən böyükhesablı qələbəsini (6:1) qazandı.Bəs, Mahirlə Nərimanı bir də nə vaxt iş başında görəcəyik?"Football-plus.az"ın məlumatına görə, Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" aprelin 4-də 28-ci turun görüşünü keçirəcək. 2-ci bundesliqada mübarizə aparan "qırmızı iblislər" "Düsseldorf"u qəbul edəcək. Axundzadənin formasını geydiyi "Kolambus Kryu" isə "Atlanta"nın qonağı olacaq. MLS-in 6-cı tur qarşılaşması aprelin 5-də keçiriləcək.Maraq üçün bildirək ki, "Kayzerslautern" 40 xalla 7-ci pillədədi. Hələ mövsümdə ilk qələbəsini qazanmayan Ohayo təmsilçisi isə 2 xalla 14-cü sıradadı.KƏNAN BAHADIR

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
icma.az

2Mənbələr