AZ

Laçın məktəblilərinin bayram tətili gəzintisində sevinc dolu anlar

Laçın, 29 mart, AZƏRTAC

Böyük Qayıdışın sevincini uşaqların gözlərində görmək ən böyük xoşbəxtlikdir. İşğaldan azad olunmuş Laçın şəhərində fəaliyyət göstərən Laçın şəhəri 2 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri bayram tətilini unudulmaz xatirələrlə zənginləşdiriblər.

Şərqi Zəngəzur Regional Təhsil İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şagirdlər Laçının görməli yerlərini ziyarət edib, idman kompleksində vaxt keçirib, maraqlı oyunlar oynayıblar. Eyni zamanda, onlar öz bacarıqlarını nümayiş etdirərək müxtəlif əl işləri hazırlayıb, milli irsimizi əks etdirən xalça və sənət nümunələri ilə yaxından tanış olublar.

Bu anlar doğma yurda qayıdışın, milli dəyərlərə bağlılığın və gələcəyə inamın ən gözəl təcəssümüdür.

Müxbir - Aydın Yavərzadə

Seçilən
13
2
azertag.az

3Mənbələr