AZ

Ukrayna işğal altındakı Krımda Rusiyanın üç iri hədəfini məhv etdi - VİDEO

Ukrayna Müdafiə Qüvvələri müvəqqəti işğal altında olan Krımda Rusiyaya məxsus üç iri hədəfi məhv edib.

Bizim.Media xəbər verir ki, bu barədə pilotsuz sistemlər qüvvələrinin komandanı Robert “Madyar” Brovdi məlumat yayıb.

Onun sözlərinə görə, Ukrayna dronları bu gecə “Tornado” bazasına zərbə endirib. Nəticədə üç ədəd BM-30 “Smerç/Tornado-S” yaylım atəşli reaktiv sistemi və bir nəqliyyat-yükləmə maşını məhv edilib.


Bizim.Media

Seçilən
18
1
bizim.media

2Mənbələr