AZ

Survivor da qızlar arasında dava düşdü

Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"Survivor 2026"nın son seriyasında toxunulmazlıq oyunu zamanı yaşanan gərginlik fiziki qarşıdurmaya çevrilib. Yarışmanın iddialı adlarından Seren Ay Çetin və Nisanur arasında baş verən hadisə proqramın gündəmini dəyişib.Futbol oyunu zamanı tərəflər arasında yaranan mübahisə qısa müddətdə böyüyüb. Əsəblərinə hakim ola bilməyən Seren Ay komanda yoldaşı Nisanura qarşı fiziki güc tətbiq edib. Digər iştirakçıların müdaxiləsi ilə ayrılan tərəflərdən Nisanur göz yaşlarını saxlaya bilməyib.Baş verənlərdən sonra Acun Ilıcalı təcili iclas keçirərək hadisəni skandal adlandırıb. Ilıcalı fiziki təmasın qəbulolunmaz olduğunu və gərginliyi Seren Ayın başlatdığını xüsusi vurğulayıb. Günahkar tərəf kimi görülən Seren Ay etdiyi hərəkətə görə həm rəqiblərindən, həm də Nisanurdan üzr istəyib.Hadisə ilə bağlı qəti qərarını açıqlayan Acun Ilıcalı Seren Ay Çetini 8 mükafat oyunundan məhrum edib. Qovğanın digər tərəfi olan Nisanur üçün isə hər hansı cəza nəzərdə tutulmayıb. Bu qərarın komandadakı güc balansına və gələcək oyunlara necə təsir edəcəyi izləyicilər tərəfindən maraqla gözlənilir.Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
demokrat.az

1Mənbələr