AZ

Alman feldmarşalı Paulusu əsir alan veteran 102 yaşında vəfat etdi

BAKI, 29 mart. TELEQRAF

İkinci Dünya müharibəsi illərində alman feldmarşalı Fridrix Paulusu əsir alan heyətin tərkibində olmuş veteran Vasili Zinçenko Almatıda 102 yaşında vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Almatıdakı Baş Konsulluğu məlumat yayıb.

V. Zinçenko 1943-cü ilin yanvarında Stalinqradda (indiki Volqoqrad) 6-cı alman ordusunun komandanı Fridrix Paulusu əsir götürən xüsusi qrupun üzvü olub.

F. Paulus hərb tarixinə əsir düşən ilk alman feldmarşalıdır. Adolf Hitler ona bu rütbəni təslim olmaqdan bir neçə saat əvvəl əslində intihar etməsi üçün vermişdi. Çünki o vaxta qədər heç bir alman feldmarşalı sağ təslim olmamışdı. Lakin Paulus "bir onbaşı (Hitler) üçün özümü güllələmək niyyətim yoxdur" deyərək əsir düşməyi seçib.

Onun əsir alınması və 6-cı ordunun məhvi müharibənin əsas dönüş nöqtəsi sayılır. Veteran döyüşçü göstərdiyi cəsarətə görə "Qırmızı Ulduz", "Vətən Müharibəsi" ordenləri və müxtəlif medallarla təltif edilib.

Seçilən
37
teleqraf.com

1Mənbələr