AZ

Feldmarşal Paulusu əsir götürən hərbçi 102 yaşında vəfat etdi

Faşist Almaniyasının feldmarşalı Fridrix Paulusu əsir götürən Sovet ordusunun hərbçisi, Böyük Vətən müharibəsi veteranı Vasili Zinçenko 102 yaşında dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, məlumatı Rusiyanın Almatıdakı baş konsulluğu təsdiqləyib.

Veteran Qazaxıstanda yaşayırdı.
 

Bildirilib ki, Zinçenko könüllü olaraq Qırmızı Orduya qoşulub, kəşfiyyatçılar məktəbində təhsil alıb, Ukrayna, Belarus və Polşanın azad olunmasında iştirak edib, həmçinin Berlinin alınmasında döyüşüb.


O, “Qırmızı Ulduz” ordeni, II dərəcəli “Vətən Müharibəsi” ordeni, III dərəcəli “Şöhrət” ordeni, eləcə də “Stalinqradın müdafiəsinə görə” və “Almaniya üzərində qələbəyə görə” medalları ilə təltif olunub.

Bizim.Media

Seçilən
27
bizim.media

1Mənbələr