AFFA Azərbaycan millisinin futbolçularına pul mükafatı vəd edib.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik yığmanın Sent Lusiya qələbəsi üçün xüsusi “premya” ödəməyəcək. AFFA iki oyunda qələbə olarsa, o zaman futbolçulara mükafat verəcək.
Əgər millimiz Syerra Leoneyə qarşı qələbə qazansa, iki oyundakı nəticəyə görə futbolçuların hər biri 10 min manat qazanacaq. Bu matçda qalibiyyət olmasa, Sent Lusiya oyunu üçün heç bir mükafat verilməyəcək.
Xatırladaq ki, Azərbaycan – Syerra Leone qarşılaşlaması sabah saat 19:00-da start götürəcək.