İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silahlı birləşmələrinə qarşı döyüş əməliyyatları zamanı yeni itkilər verib.
Ordunun mətbuat xidmətinin məlumatına görə, döyüşlərin birində hava-desant briqadasında xidmət edən 22 yaşlı çavuş Moşe Kats həlak olub.
Həmin döyüşdə daha üç israilli hərbçi orta dərəcəli xəsarətlər alıb, onlar xəstəxanaya yerləşdiriliblər./Oxu.Az