İstanbul, 29 mart, AZƏRTAC
Azərbaycanın Xalq artisti Rasim Balayev vəfat edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfirliyi məlumat yayıb.
Qeyd edilib ki, tanınmış aktyor İstanbulda yerləşən “Memorial” xəstəxanasında dünyasını dəyişib.
Məlumata görə, Rasim Balayev bir müddətdir səhhətində yaranan problemlərlə əlaqədar müalicə alırdı. O, ağciyər xərçəngindən və yüksək şəkərdən əziyyət çəkirdi.
Günel Karatepe
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul