"Barselona" rəhbərliyi polşalı ulduz hücumçu Robert Levandovskiyə yeni müqavilə təklif edib.
Offsideplus.az xəbər verir ki, lakin klubun təklif etdiyi şərtlər həm maliyyə, həm də idman baxımından kifayət qədər müzakirəyə səbəb olub.
Maaş 50% azalır, lakin bonuslar var
Kataloniya təmsilçisinin təklifində futbolçunun mövcud maaşının təxminən 50% azaldılması nəzərdə tutulur. Bununla belə, müqavilədə müxtəlif performans göstəricilərinə əsaslanan bəndlər yer alıb ki, bu da polşalı hücumçunun yekun qazancını əhəmiyyətli dərəcədə artıra bilər.
Levandovskinin komandadakı yeri təhlükədədir. Bu mövsüm Robert Levandovski üçün heç də asan keçmir: O, əsas heyətdəki yerini Ferran Torresə uduzub.
"Barselona" rəhbərliyi bu yay yeni bir "9 nömrə" (mərkəz hücumçusu) transfer etməyi prioritet hesab edir. Qərar hələ verilməyib
Təcrübəli hücumçunun klubda qalıb-qalmayacağı hələ də sual altındadır.