AZ

Toral Bayramov: “Syerre Leone ilə matçda da əlimizdən gələni edəcəyik”

style='margin-bottom:10px;'>

“Oyun daha fərqli, daha maraqlı, daha bol qollu ola bilərdi. Lakin hava şəraiti ilə əlaqədar olaraq qazonun durumu yaxşı deyildi. İkinci hissədə ümumiyyətlə, bərbad vəziyyətdə idi. Buna baxmayaraq, böyük hesablı qələbə qazandıq”.

QOL.az saytına açıqlamasında bu sözləri Azərbaycan millli komandasının üzvü Toral Bayramov “FIFA Series - 2026” beynəlxalq turniri çərçivəsində Sent Lüsiya üzərində qazanılan 6:1 hesablı qələbəni şərh edərkən deyib.

O, millimizin tarixi nəticə qazandığını vurğulayıb: "Bu, millinin tarixində ən böyükhesablı qələbədir. Buna qədər maksimum 5 qolla qalib gəlmişdik. Rekord oldu. Sevincliyik. Çalışacağıq oyunumuzu daha da yaxşılaşdıraq. Gələcəkdə bundan da uğurlu nəticələr əldə edək”.

25 yaşlı futbolçu rəqibin fərqləndiyi epizodda penalti olmadığını söyləyib: “Ümumilikdə həm ilk, həm ikinci hissədə yaxşı təsir bağışladıq. Rəqib fərqləndiyi epizodda, məncə, penalti yox idi. Çünki mən rəqibə heç nə etməmişdim. Əsas nəticədir. Allaha şükür ki, qələbə qazandıq”. 

Bayramov millidə ab-havanın yaxşı olduğunu qeyd edib: “Syerre Leone ilə matçda da əlimizdən gələni edəcəyik. Bu il ilk təlim-məşq toplanışımızdır. Komandada atomosfer yaxşıdır. Hazırlaşırıq. Hamı həvəslidir. İnşallah, hər şey daha da yaxşı olacaq”.

Seçilən
28
29
teleqraf.com

10Mənbələr