AZ

Nikol Paşinyan: Hökumətin siyasi ritorikası vətəndaşlara çatıb

BAKI, 29 mart. TELEQRAF

Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin apardığı siyasətin və siyasi ritorikanın artıq vətəndaşlar tərəfindən mənimsənildiyini və dəstəkləndiyini bildirib.

Bu barədə Teleqraf "Armenpress"ə istinadən xəbər verir.

Baş nazir vurğulayıb ki, son dövrlər əhali ilə keçirilən çoxsaylı təmaslar strateji əhəmiyyətli problemlərin həlli istiqamətində mühüm rol oynayacaq: "Ən əsası odur ki, bizim mesajlarımız artıq insanlara çatıb. Həyata keçirdiyimiz siyasət xalqın daxili tələbatları ilə üzvi şəkildə bağlıdır".

N. Paşinyan əlavə edib ki, uzun illər davam edən münaqişə dövründə sülh çağırışları əhali tərəfindən tam dərk olunmayıb və bu, ölkənin demoqrafik vəziyyətinə ciddi təsir göstərib.

Seçilən
15
teleqraf.com

1Mənbələr