Bilindiyi kimi, yığmanın baş məşqçisi Ayxan Abbasov legioner həyatı yaşayan hücumçuları - Mahir Emreliylə Nəriman Axundzadəni Sent Lüsiya və Syerra-Leone ilə oyunlara çağırmadı.
Düzdü, yığma dünən keçirdiyi ilk matçda qoldan korluq çəkmədi. Komandamız Sent Lüsiya ilə oyundatarixinin ən böyükhesablı qələbəsini (6:1) qazandı.
Bəs, Mahirlə Nərimanı bir də nə vaxt iş başında görəcəyik?
"Football-plus.az"ın məlumatına görə, Emrelinin şərəfini qoruduğu "Kayzerslautern" aprelin 4-də 28-ci turun görüşünü keçirəcək. 2-ci bundesliqada mübarizə aparan "qırmızı iblislər""Düsseldorf"u qəbul edəcək. Axundzadənin formasını geydiyi "Kolambus Kryu" isə "Atlanta"nın qonağı olacaq. MLS-in 6-cı tur qarşılaşması aprelin 5-də keçiriləcək.
Maraq üçün bildirək ki, "Kayzerslautern" 40 xalla 7-ci pillədədi. Hələ mövsümdə ilk qələbəsini qazanmayan Ohayo təmsilçisi isə 2 xalla 14-cü sıradadı.
KƏNAN BAHADIR
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta