AZ

Klopp “Enfild”ə qayıtdı Video

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Klopp “Enfild”ə qayıtdı - Video

“Enfild” stadionunda futbol bayramı yaşanıb. 

QOL.az xəbər verir ki, “Liverpul”un sabiq baş məşqçisi Yurgen Klopp uzun fasilədən sonra şəhərə qayıdaraq xeyriyyə məqsədli ilə təşkil olunan əfsanəvi futbolçuların matçında iştirak edib.

2023/24 mövsümünün sonunda klubdan ayrılan alman mütəxəssis tribunalar tərəfindən böyük alqışlarla qarşılanıb. Hazırda “Red Bull Zalsburq” sistemində qlobal futbol rəhbəri kimi çalışan Klopp bu dəfə məşqçi heyətində yer alaraq Kenny Dalglishin rəhbərlik etdiyi komandaya kömək edib.

“Liverpul”un əfsanələri heyətində Stiven Cerrard, Tiaqo Alkantara, Pepe Reyna və Piter Krauç kimi tanınmış isimlər meydana çıxıb. Oyun 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Final fitindən sonra Klopp ənənəsinə sadiq qalaraq tribunaya məşhur “yumruq jestlərini” edib və böyük alqış qazanıb.

View this post on Instagram

A post shared by Borussia Dortmund (@bvb09)

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
41
3
qol.az

4Mənbələr