AZ

Rusiya ABŞ bazalarının yerini İrana belə ötürür

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Rusiya peykləri demək olar ki, hər gün İran üçün Yaxın Şərqdəki ABŞ hərbi obyektlərinin şəkillərini çəkir.

Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

“24 martda onlar Hind okeanındakı Çaqos adalarında yerləşən ABŞ-Böyük Britaniya bazası Dieqo Qarsiya, Küveyt Beynəlxalq Hava Limanı və neft yatağı ərazisinin bir hissəsinin şəkillərini çəkiblər.

25 martda Səudiyyə Ərəbistanındakı Şahzadə Sultan hava bazası, 26 martda Şeybah neft və qaz yatağı (Səudiyyə Ərəbistanı), İncirlik hava bazası (Türkiyə) və Əl-Udeyd hava bazası (Qətər)”, - Zelenski bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
axar.az

1Mənbələr