AZ

İslamabadda İran böhranı ilə bağlı danışıqlar başlayır

İslamabadda Pakistan, Türkiyə və bir sıra digər ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Yaxın Şərqdə gərginliyin azaldılması və İran ətrafındakı vəziyyətə dair iki günlük danışıqlar başlayır.

Pakistan XİN-in məlumatına görə, qurumun rəhbəri Məhəmməd İshaq Dar və türkiyəli həmkarı Hakan Fidan regional proseslər də daxil olmaqla, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə ikitərəfli məsləhətləşmələr aparacaqlar.

İslamabaddakı danışıqlarda həmçinin Səudiyyə Ərəbistanı və Misirin XİN rəhbərləri Feysəl bin Fərhan Əl Səud və Bədr Abdel Ati iştirak edirlər. Onların həmçinin Pakistanın Baş naziri Şahbaz Şəriflə görüşü planlaşdırılır.

Seçilən
14
18
anews.az

10Mənbələr