AZ

Ulduz futbolçu restoran açır

“Barselona”nın sabiq hücumçusu Luis Suares özünün “Chalito” restoranlar şəbəkəsini genişləndirib.

Publika.az xəbər verir ki, uruqvaylı futbolçu İspaniyanın paytaxtı Madriddə yeni restoran açdığını açıqlayıb. O, bu barədə sosial şəbəkədə paylaşım edib:

“Madridin tam mərkəzində ilk restoranımızı açdıq. İnanılmazdır, amma təxminən 10 il əvvəl hər şey Barselonada Rambla küçəsində ilk “Chalito” ilə başlamışdı və bu gün də ilk günkü kimi həyəcan hiss edirik. Bu yolda bizə qoşulan hər kəsə təşəkkür edirəm”.

Seçilən
10
2
publika.az

3Mənbələr