Avtosfer saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Xırdalan şəhərində qaydaları pozan sürücü kameraya düşüb. Avtosfer.az xəbər verir ki, hadisə ötən gün Heydər Əliyev prospektində qeydə alınıb. Belə ki, 90-YO-474 dövlət qeydiyyat nişanlı “BYD” markalı avtomobilin sürücüsü nəqliyyat vasitəsini ikinci cərgədə saxlayaraq həm 1.1 xəttinin tələbini pozub, həm də hərəkəti çətinləşdirib. Bir zolağı yarım zolağa çevirən sürücü süni tıxac yaratmaqla digər sürücüləri qayda pozmağa məcbur edib.
Görüntülərdən də aydın olur ki, sürücü boş yer ola-ola avtomobili ikinci cərgədə saxlayıb və süni şəkildə tıxac yaradıb. Digər nəqliyyat vasitələrinin sürücüləri məcburiyyət qarşısında qalaraq əks yola çıxmaqla hərəkət etməli olublar.
Görüntüləri təqdim edirik.
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.