AZ

Azərbaycan Basketbol Liqasının 20-ci turunda bu gün bir oyun keçiriləcək

“Şəki” doğma meydanda “Gəncə”ni qəbul edir

Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu - 20-ci turu çərçivəsində bu gün bir oyun keçiriləcək.

İdman.Biz xəbər verir ki, A qrupunda yer alan komandaların dueli Şəki Olimpiya İdman Kompleksində baş tutacaq. "Şəki" komandası saat 14:00-da start “Gəncə”ni qəbul edəcək.

Hazırda meydan sahibləri 21 xalla turnir cədvəlinin sonuncu - altıncı pilləsində qərarlaşıblar. Qonaq komanda olan “Gəncə” isə 27 xalla dördüncü sıradadır.

Qeyd edək ki, A qrupunda 20-ci turun digər oyunları martın 30-31-də keçiriləcək.

İdman.Biz
Seçilən
48
1
idman.biz

6Mənbələr