AZ

Tofiq Musayev UFC-dəki ilk qələbəsini şərh edib

Azərbaycanlı döyüşçü Tofiq Musayev ABŞ-nin Sietl şəhərində keçirilən turnirdə UFC-dəki ilk qələbəsini şərh edib.

İdman.Biz xəbər verir ki, çilili İqnasio Bahamondes ilə qarşılaşmadan sonra Tofiq Musayev sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Təmsilçimiz qələbəsini bu sözlərlə ifadə edib:

“Sənə inanmadıqları zaman, sən əksini sübut edirsən”.

Xatırladaq ki, Tofiq Musayev İqnasio Bahamondes üzərində hakimlərin yekdil qərarı ilə qələbə qazanaraq, dünyanın ən nüfuzlu döyüş təşkilatı olan UFC-də ilk uğuruna imza atıb.

İdman.Biz
Seçilən
20
idman.biz

1Mənbələr