AZ

Tofiq Musayev UFC-də ilk qələbəsini qazanıb

Azərbaycanın Mütləq Döyüş Çempionatındakı (UFC) təmsilçisi Tofiq Musayev növbəti döyüşünü keçirib.

"Ölkə.az" xəbər verir ki, 36 yaşlı idmançı ABŞ-nin Sietl şəhərində təşkil olunan turnirdə İqnasio Bahamondeslə (Çili) qarşılaşıb.

Gərgin keçən üç raundda qalib müəyyənləşməyib. Hakimlər isə yekdilliklə Tofiq Musayevin qələbəsinə səs veriblər. Bu Tofiq Musayevin UFC-də ilk qələbəsi olub.

Qeyd edək ki, idmançı ilk döyüşündə, ötən il iyunun 22-də Bakıda Mıktıbek Orolbaya (Qırğızıstan) uduzub. İqnasio Bahamondes də sonuncu dəfə Bakıdakı turnirdə təmsilçimiz Rafael Fiziyevə məğlub olub.

Seçilən
8
24
olke.az

10Mənbələr