AZ

Şakiranın Doha konsertinin keçiriləcəyi tarix açıqlandı

ain.az bildirir, Oxu.az portalına istinadən.

Kolumbiyalı pop ulduz Şakiranın "Las Mujeres Ya No Lloran" dünya turnesi çərçivəsində Qətərin paytaxtı Dohada planlaşdırılan konserti 18 noyabr tarixinə qədər təxirə salınıb.

Oxu.Az xəbər verir ki, bu barədə məlumat "Platinumlist" şirkətinin rəsmi internet səhifəsində yerləşdirilib.

"Doha ilk dəfə olaraq tarixi bir hadisəyə ev sahibliyi edəcək. Şakiranın dünya turnesi çərçivəsində konsert çərşənbə günü, 18 noyabr tarixində keçiriləcək", - deyə məlumatda qeyd olunub.

Bundan əvvəl bildirilmişdi ki, Yaxın Şərq regionunda gərginliyin artması səbəbindən aprelin 1-də keçirilməsi planlaşdırılan tədbir başqa tarixə dəyişdirilib.

Məşhur müğənninin "Las Mujeres Ya No Lloran" adlı dünya turnesi çərçivəsində Dohada səhnəyə çıxması nəzərdə tutulurdu. Konsertə biletlərin başlanğıc qiyməti 25 dollardan idi. Təşkilatçılar daha əvvəl şou üçün bilet satışlarının davam etdiyini bəyan etmişdilər.

Xatırladaq ki, Yaxın Şərqdə mövcud münaqişənin şiddətlənməsinə baxmayaraq, Şakiranın konsert proqramının tamamilə ləğv olunmayacağı əvvəlcədən açıqlanmışdı.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
23
oxu.az

1Mənbələr