AZ

Paşinyan Rusiyaya gedəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan yaxın gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırdığını açıqlayıb.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, Paşinyan İrəvanda vətəndaşlarla görüş zamanı Rusiya ilə əlaqələrlə bağlı suala cavab olaraq deyib ki, tezliklə həmin ölkəyə gedəcək.

 

"Biz əlaqələrimizi qoruyub saxlayırıq”, - o qeyd edib.

 

Paşinyan həmçinin Rusiyanın Ermənistan üçün dost ölkə olduğunu vurğulayıb.

 

Qeyd edək ki, martın 23-də Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Ermənistan və Rusiya liderləri ikitərəfli gündəlikdəki məsələləri müzakirə ediblər və müzakirələri yaxın gələcəkdə görüş formatında davam etdirmək barədə razılığa gəliblər.

 

Seçilən
2
4
senzor.az

10Mənbələr