AZ

Üç həftədən çox davam edən öskürək təhlükəlidir Həkimlərdən məsləhət

ain.az, Lent az portalına istinadən məlumat verir.

Vərəm müalicə olunsa da, dünyada hələ də ən ölümcül yoluxucu xəstəliklərdən biridir. Hər il təxminən 10 milyondan çox insan yoluxur, 1 milyondan çoxu həyatını itirir.

Lent.az xəbər verir ki, bunu Biruni universiteti Tibb Fakültəsi xəstəxanasının ağciyər xəstəlikləri üzrə mütəxəssisi Prof. Dr. Sinem İliaz deyib.

O, vərəmin hələ də əhəmiyyətli bir ictimai səhiyyə problemi olaraq qaldığını və davamlı öskürək şikayətlərinin ciddiyə alınmalı olduğunu bildirdi.

Xəstəlik əsasən ağciyərləri zədələyir və uzunmüddətli öskürək, bəlğəmdə qan, gecə tərləməsi, arıqlama və halsızlıq əsas əlamətlərdir. Bu simptomlar olduqda dərhal həkimə müraciət etmək lazımdır.

Türkiyədə xəstəlik nəzarət altındadır və əksər hallarda müalicə ilə sağalmaq mümkündür. Amma dərmanların düzgün və fasiləsiz qəbulu vacibdir. Vərəm hava yolu ilə yayılır, xüsusilə qapalı və izdihamlı yerlərdə daha tez yoluxur.

Risk qrupuna immun sistemi zəif olanlar, xroniki xəstələr, siqaret çəkənlər və pis qidalananlar daxildir. Xəstəliyin qarşısını almaq üçün BCG peyvəndi, gigiyena, otaqların havalandırılması və erkən diaqnoz mühümdür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
lent.az

1Mənbələr