AZ

İran Bərzaninin evinə PUA hücumunu pislədi

İranın xarici işlər naziri Abbas Əraqçi İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzaninin Dəhükdəki evinə pilotsuz uçuş aparatı (PUA) ilə hücumu pisləyib.

Publika.az xəbər verir ki, bu barədə "Khabar Fouri"nin "Telegram" kanalında məlumat yayılıb.

"PUA hücumunu qınayır, Neçirvan Bərzaniyə cansağlığı arzulayıram",- Əraqçi bildirib.

Onun fikrincə, ABŞ və İsrail belə hücumlarla qonşu ölkələr arasında gərginlik yaratmaq və münaqişəni daha geniş əraziyə yaymaq istəyir.

Seçilən
11
7
publika.az

8Mənbələr