AZ

Husilər İsrailə raket hücumlarını davam etdirəcəklərini açıqladı

BAKI, 29 mart. TELEQRAF

Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatı İsrail İrana və Livana zərbələr endirməyi dayandırana qədər hücumların davam edəcəyini açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə "Al Masirah" telekanalının efirində husilərin hərbi nümayəndəsi Yəhya Sari danışıb.

Onun sözlərinə görə, Yəmənin “Ənsar Allah” (husilər) hərəkatı gün ərzində ikinci dəfə İsrailə raket zərbələri endirib. Sari bildirib ki, əməliyyatlar İsrail hücumlarını dayandırana qədər davam edəcək.

“Əməliyyatlar… sionist düşmən öz hücumlarını dayandırana qədər davam edəcək”, – deyə o qeyd edib.

Seçilən
35
12
teleqraf.com

10Mənbələr