Azərbaycan 2-ci liqasında 20-ci tura start verilib.
QOL.az xəbər verir ki, ilk gündə bir matç keçirilib.
Turun açılış görüşündə “Dinamo” səfərdə “Sheki City”ni darmadağın edib. Bununla da ardıcıl altıncı qələbəsini qazanan paytaxt klubu turnir cədvəlində altıncı pilləyə yüksəlib.
28 mart (şənbə)
"Sheki City” - “Dinamo” - 1:6
Qollar: T.Zeynalov, 5 - V.Seyidov, 13 (p.); 61; 89 (p.), Y.Qarayev, 39; 71, Ə.Abbasov, 59
Hakimlər: Xəlil Xəlilov, Rəhman Aslanov, Elman Kərimov, Elçin Abdullayev
Zaqatala OİK stadionu
29 mart (bazar)
15:00. “Ağstafa Gəncləri” - “Quba”
15:00. “Ağdaş” - “Araz Saatlı”
15:00. “Şəmkir” - “Göygöl”
15:00. “Qaradağ Lökbatan” - “Şirvan”
30 mart (bazar ertəsi)
14:00. “Xankəndi” - “Kür-Araz”
